"Amazon" dünyanın ən bahalı şirkəti oldu
Amerikanın internet vasitəsi ilə məhsul və xidmət satışı həyata keçirən "Amazon" şirkəti hərracların nəticələrinə görə bütün rəqiblərini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.
“BI” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Bildirilir ki, ticarət sessiyası ərzində onun səhmləri 2,7 faiz artıb və bu səbəbdən şirkətin kapitallaşması 797 milyard dollar göstəricisinə çatıb. "Microsoft" şirkətində analoji göstərici 784 mlrd. dollar təşkil edib. Siyahıda üçüncü yeri 740 mlrd. dollar kapitallaşma ilə "Alphabet" şirkəti tutub.
Maraqlıdır ki, liderlər arasında bu yaxınlarda birincilik uğrunda mübarizə aparan "Apple" şirkəti yoxdur.
Sentyabrın 5-də “Amazon”un bazar dəyəri ilk dəfə 1 trln. dolları keçmişdi.