Marketinq və reklam

Kapital Bank biznes kartların ünvana çatdırma xidmətini həyata keçirir

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat xidmət növünü təqdim edib. Belə ki, artıq Müştəri Bank sistemi üzərində sifariş olunan biznes kartların Bakı ərazisində ünvana çatdırılması mümkün olub. 

Çatdırılma xidmətindən istifadə zamanı hüquqi şəxslər və fərdi sahibkarlar vaxta qənaət edərək, sifariş olunan biznes kartlarını təhvil almaq üçün filiala gəlməli olmayacaqlar. Biznes kartı Müştəri Bank sistemi üzərindən sifariş edərkən, çatdırılma xidmətindən istifadə edilməsi barədə olan bölməni seçmək lazımdır. Çatdırılma xidmətinin qiyməti 5 AZN təşkil edir. 

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department