Neftin qiyməti Ukrayna-Rusiya müharibəsi nəticəsində 7 ilin zirvəsinə qalxdı
MarketWatch yazır ki, neft qiymətləri bugün səhər ticarəti zamanı güclü şəkildə artaraq, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi riskləri fonunda son yeddi ilin ən yüksək səviyyəsini bərpa edib.
Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:09-a Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 96,80 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,41 dollar (1,48%) çoxdur. Bazar ertəsi ticarət nəticəsində bu kontraktlar 2% artaraq 95,39 dollar/barel olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 93,86 dollar təşkil edir ki, bu da cümə günü keçirilən sessiyanın yekun dəyərindən 2,79 dollar (3,06%) çoxdur. bu müqavilələrin dəyəri 0,8% azalıb. Bazar ertəsi WTI ticarəti ABŞ-da tətil səbəbi ilə keçirilməyib. Mart WTI müqavilələri çərşənbə axşamı bazarın bağlanışında başa çatır.