Banklar balansı necə tutub? – İLLİK DİNAMİKA
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 437,745 milyon manat), “Kapital Bank” (648,196 milyon manat), “PAŞA Bank” (577,276 milyon manat) və “Xalq Bank” (444,181 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 5-də balans kapitalı 100-200 milyon manat arasında, 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.