Birja

Neft qiymətləri "zirvə görüşü" fonunda ucuzlaşıb

Brent markalı neftin qiyməti bazar ertəsi Ukrayna ətrafında gərginlik dərəcəsinin azalacağına olan ümidlər sayəsində düşür, WTI stabildir.

Qiymətlər həftə sonu əlverişsiz siqnallar səbəbindən daha yüksək açıldı, lakin qarşıdan gələn Joe Biden-Vladimir Putin zirvə görüşü xəbərləri çıxandan sonra aşağı düşdü.

Yelisey sarayından verilən məlumata görə, Fransa prezidenti Emmanuel Makron ABŞ və Rusiya liderlərini Avropa təhlükəsizlik sammiti keçirməyə dəvət edib və hər iki tərəf razılaşıb.

Qeyd olunur ki, görüşün gündəliyini ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 24-də görüşdə hazırlamalı və sammit yalnız Rusiya Federasiyasının Ukraynaya müdaxilə etməməsi şərti ilə baş tuta bilər.

ING Groep NV-nin əmtəə strategiyasına cavabdeh olan Uorren Patterson deyib: “Neft bazarı hələ də Rusiya və Ukrayna ətrafındakı vəziyyətdən əziyyət çəkir. Tərəflər dialoqa hazırdır”.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:15-ə olan Brent markalı neftin aprel fyuçerslərinin dəyəri bir barel üçün 93,19 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,35 dollar (0,37%) azdır. Cümə günü ticarət nəticəsində bu müqavilələr bir barel üçün 0,57 dollar (0,6%) artaraq 93,54 dollar olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)