Azərbaycana ən çox investisiya yatıran 10 ÖLKƏ
2022-ci ilin yanvarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 296.1 milyon manat vəsait yönəldilib.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 292.3 milyon manatı (98.7 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə,
Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.
2022-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 53.3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16.9 faizini əsaslı təmir, 5.7 faizini cari təmir, 24.1 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 90.8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.