Türkiyənin yeni iqtisadi modeli açıqlanıb
Türkiyədə ƏDV Sisteminin Sadələşdirilməsi Proqramı çərçivəsində əsas ərzaq məhsulları üzrə ƏDV 8 faizdən 1 faizə endirilib.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə İqtisadiyyat Modeli, Yeni Addımlar və İnflyasiya Tədbirləri”nə dair toplantıda videoformatda çıxışında deyib.
Ötən ilin son aylarında valyuta məzənnələrində baş verən dalğalanmalara toxunan Prezident Ərdoğan bunun ölkə iqtisadiyyatının reallıqları ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Türkiyə Prezidenti deyib: “2022-ci ildə bu prosesdə ortaya çıxan yüksək inflyasiyanın təsirlərini böyük ölçüdə aradan qaldırmağı hədəfləyirik. İnflyasiya ilə mübarizə tam qətiyyət, inam və fədakarlıq tələb edir. Hökumət olaraq bununla bağlı addımlar atırıq”.
Tədbirdə çıxış edən xəzinə və maliyyə naziri Nurəddin Nəbati Türkiyə iqtisadiyyatının yeni modelinin sərmayə, məşğulluq, istehsal və ixrac olmaqla dörd əsas təməl üzərində qurulduğunu deyib