Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artıb

2021-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 332.2 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3 dəfə çoxdur.
Qazaxıstanın Baş nazirinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, ümumilikdə ötən il ərzində Qazaxıstandan Azərbaycana ixrac 3.4 dəfə artaraq 287.9 mln. dollar, idxal isə 77.3% artaraq 44.4 mln. dollar təşkil edib.