Axtar

AZAL Novruz bayramı ilə əlaqədar Dubaya reys sayını artırır

“Azərbaycan Hava Yolları” Novruz bayramı günlərində sərnişinlər üçün rahat gediş və gəliş vaxtı olan reysləri əlavə edir.

ENA.az AZAL-a istinadən xəbər verir ki, 2022-ci il martın 17-dən 26-dək olan müddətdə aviaşirkət Bakıdan səhər saat 08:00-da və Dubaydan saat 12:00-da (yerli vaxt göstərilib) J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçirəcək.

Beləliklə, göstərilən müddət ərzində AZAL səhər saatlarında iki uçuş yerinə yetirəcək ki, bu da sərnişinlərin təyinat məntəqələrinə günün əvvəlində gəlmələrinə imkan verəcək.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33