Bank

Kapital Bank” ASC-nin səhmdarlarının iclası keçiriləcək

Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC-nin səhmdarlarının iclası keçiriləcək.

Məlumata görə, iclasda Cəlal Qasımov, Kəmalə Nuriyeva, Oqtay Həsənov və Rauf Hacıyevin Müşahidə Şurasına yenidən seçilməsi müzakirə ediləcək.

Həmçinin 2021-ci ilin maliyyə yekunlarına dair və həmin ilin yekunundan əldə edilmiş nəticələrə əsasən səhmdarlara dividend ödənilməsi də iclasın gündəliyinə daxil edilib.

İclas 14 mart 2022-ci il tarixdə Bankın baş ofisində keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department