Gündəm

Putin Ərdoğanla müzakirə aparmayacaq - Kremldən cavab

Kremldə Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalı ilə bağlı konkret məlumat yoxdur.
 

ENA.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər etməyənə qədər Moskva ilə Ankara Putinlə Ərdoğan arasında görüşün keçirilməsini müzakirə etməyəcək", - Peskov bildirib. 
 

Keçən həftə Türkiyə liderinin sözçüsü İbrahim Kalın demişdi ki, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasında “fikir ayrılığını həll etmək” üçün Türkiyəyə dəvət edib. Ərdoğan ötən il dəfələrlə Moskva ilə Kiyev arasında böhranın həllində iştirak etmək arzusunda olduğunu bildirib. 2021-ci ilin dekabrında telefon danışıqları zamanı Putin Ərdoğana Ukraynanın Minsk razılaşmalarını pozmağa yönəlmiş destruktiv xətti davam etdirdiyinə diqqət çəkib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)