TURİZM

Bu gün üçün İstanbul-Bakı-İstanbul reysləri LƏĞV EDİLDİ

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.

Aviaşirkətdən verilən məlumata görə, buna səbəb Türkiyədə hava şəraitinin uçuş üçün əlverişli olmamasıdır.

Qarşıdakı günlərdə nəzərdə tutulan aviareyslərlə bağlı isə heç bir dəyişiklik yoxdur. Sərnişinlər bu gün uçmaq üçün aldıqları biletləri başqa tarixə dəyişə və yaxud geri qaytara bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department