MALİYYƏ

Azərbaycanın büdcə gəlirlərində qeyri-neft sektorunun payı 49%-ə çatıb

2021-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 13 536,3 milyon manatı və yaxud 51,3%-ni neft, 12 859,2 milyon manatı və yaxud 48,7%-i isə qeyri-neft sektorunun hesabına formalaşıb.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Xatırladaq ki, 2020-ci ildə büddə gəlirlərinin 14 002,1 milyon manatı və yaxud 56,7%-i neft, 10 679,6 milyon manatı və yaxud 43,3%-isə qeyri-neft sektorunun hesabına formalaşmışdı.

Ötən il neft sektorundan büdcə daxilolmaları əvvəlki ilə nisbətən 3,3% azalıb, qeyri-neft sektorundan büdcə daxilolmaları isə 20,4% artıb. Ümumi büdcə daxilolmaları isə 6,9% artaraq 26 395,5 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department