Azərbaycanın ötənilki icmal büdcəsində 4 milyard manat qalıq yaranıb
2021-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 33 902,9 milyon manat təşkil edib ki, bu da proqnozdan 42,3%, 2020-ci illə müqayisədə isə 38,6% çoxdur.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, ötən il icmal büdcənin xərcləri isə 29 980,6 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2,8% çoxdur.
Beləliklə, icmal büdcə 7 335,3 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 922,3 milyon manat qalıqla yekunlaşıb.