Azərbaycanın ötənilki dövlət büdcəsində 1 milyard manat kəsir yaranıb
2021-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 26 419,1 milyon manat, xərcləri isə 27 412,8 milyon manat təşkil edib.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 7% və 3,8% çoxdur.
Son nəticədə büdcədə 993,7 milyon manat kəsir yaranıb.