Qazaxıstan ABŞ ilə birbaşa uçuşlar həyata keçirəcək
Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) ABŞ ilə iki ölkə arasında birbaşa müntəzəm uçuşlar üçün hüquqi bazanı müəyyən edən sazişi ratifikasiya edən qanun qəbul edib.
ENA.az xəbər verir ki, iki hökumət arasında 2019-cu il dekabrın 30-da hava əlaqəsi haqqında Saziş imzalanıb. Sənəd “açıq səma” prinsiplərini nəzərdə tutan ölkə üçün ilk sənəddir ki, tərəflər daşıyıcıların sayına, təyinat məntəqələrinə və tezliyinə məhdudiyyət qoyulmadan uçuşlar yerinə yetirə biləcəklər.
Sazişin xarici nəqliyyat imkanlarının artmasına və beynəlxalq aviamarşrutların coğrafiyasının genişləndirilməsinə kömək edəcəyi, həmçinin ölkələr arasında ticarət-iqtisadi və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə imkan verəcəyi gözlənilir.