Gündəm

Tokayev Rusiyaya gedir

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya dəvəti qüvvədə qalır. Lakin səfərin dəqiq tarixi hələ məlum deyil”.

ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Ən yüksək səviyyədə təmas hər iki ölkə üçün olduqca vacibdir”, - o bildirib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Rusiya Prezidenri Vladimir Putin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində K.Tokayevi Rusiyaya dəvət etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)