Türkiyə “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclası keçirilib.
ENA.az xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik birlikləri tərəfindən istifadə edilən yerli və milli sistemlərə yeni istehsal məhsullarının əlavə edilməsi ilə bağlı məsələlər müzakirə edilib. İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.
İclasda, həmçinin müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələrə barədə də qərar verilib.
İclasda, həmçinin qeyd olunub ki, Türkiyə bütün maneələrə baxmayaraq yerli və milli sistem və texnologiyaların dizaynı, inkişafı və istehsalında qətiyyəti ilə hədəflərinə doğru möhkəm addımlar atmağa davam edəcək