Bank

Azərbaycandakı İran bankının göstəriciləri pisləşdi: səhmdar kapitalının 48%-ini zərər "yeyib"

Azərbaycandakı İran bankının 2021-ci ildə vəziyyətini yaxşılaşmaq əvəvzinə daha çox pisləşib. ENA.az xəbər verir ki, bankın bğlüşdürülməmiş zərərinin üzərinə daha 2 milyon manat da əlavə edilib və nəticədə zərərlilik 38 milyon manata yüksəlib. Bu isə o deməkdir ki, bankın nizamnamə kapitalının, yəni 73 milyon manatın 38 milyon manatını zərər yeyir, nəticədə cəmi kapitalının "diri hissəsi" 2021-in sonuna 35 milyon 418 min manat təşkil edir. 

Bir illik hesabatın nəticələrinə görə, “Bank Melli İran”ın Bakı filialının 2021-ci ildə əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri cəmi 3 milyon 566 min manat olub. Bir ilin sonuna pul vəsaitlərində 1 milyon manat azalma olub.

Bank aktivlərini 7,3% azaldaraq 86 milyon 840,92 min manata qədər azaldıb. Hesabat dövründə bankın kredit portfeli 88,5% - 9 milyon 844,955 min manata qədər artıb. Pul hərəkətinə görə, azalmanın səviyyəsi 6 milyon manatdan çoxdur. 

Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesabların həcmi daha çox paya malikdir və 55 milyon 286,29 min manatdır (31 dekabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 0,2%). İnvestisiya qiymətli kağızları isə 20% azalaraq 17 milyon 939,727 min manat olub. 

31 dekabr 2021-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 8,7% azalaraq 51 milyon 422,031 min manat edib. Bankın digər maliyyə institutları qarşısındakı öhdəlikləri 12,2% kiçilib və 22 milyon 968,626 min manata qədər azalıb. İl ərzində müştəri hesabları 31 min manat artaraq 10 milyon 733,222 min manata çatıb.

2021-ci ilin yekunları üzrə bankın filialının xalis zərəri 1 milyon 959,894 min manat (2020-ci ildə mənfəət 783,84 min manat təşkil edib) məbləğində olub. 

Xatırladaq ki, “Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)