Gündəm

Qırğızıstan Qazaxıstana daha bir nota verib

Qırğızıstan Qazaxıstana daha bir nota verib.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nota Qazaxıstandakı hadisələrlə bağlı 5 Qırğızıstan vətəndaşının saxlanılmasına görə verilib. Rəsmi Bişkek vətəndaşlarının dərhal azad olunmasını tələb edib.

Xatırladaq ki, dünən Qırğızıstan vətəndaşı, musiqiçi Vikram Ruzaxunovun saxlanılması faktı ilə bağlı da ölkə XİN-i Qazaxıstana nota göndərmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)