Sənaye

ABŞ Suriyada neft emalı zavodu tikir

ABŞ Suriyanın şimal-şərqindəki Haseke əyalətində neft emalı zavodu tikir.

ENA.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, zavodun gücü sutkada 3 000 barel olacaq.

Qeyd edək ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən Haseke, Deyr əz-Zor və Rakka əyalətləri, demək olar ki, ABŞ tərəfindən idarə olunur. 2015-ci ildən indiyədək ABŞ komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb. Onlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, daha beşi Suriyanın taxıl anbarı sayılan qonşu Haseke əyalətində yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)