Lukaşenko yeni dövlətlər İttifaqının yaradıldığını elan edib
Belarus prezidenti Aleksandr Lukaşenko 2022-ci ildə suverenliyi qorumaq və qardaş ölkələrlə əlaqələri gücləndirmək üçün sərt kurs tutduğunu bildirib.
“Sizə deməliyəm ki, bu il asan olmayacaq, dünya köklü şəkildə dəyişəcək. Dünya xalqların və dövlətlərin ittifaqlarda birləşməsi baxımından dəyişəcək, – deyə Belarus dövlətinin başçısı deyib. – Bizim kimi dövlətlərin təkbaşına ayaqda qalması nəinki çətin, qeyri-mümkün olacaq. Ona görə də suverenliyimizi və müstəqilliyimizi qorumaq üçün daha sərt bir yol tutdum ki, dövlət olaq. Amma ən yaxın dostlarımız və qardaşlarımızla sıx əlaqədə olaraq”.
Onun sözlərinə görə, bu, Rusiya, Qazaxıstan və Ukraynadır: “Bu gün orada nə baş verdiyinin heç bir əhəmiyyəti yoxdur. Orada insanlar ifrat dərəcədə yoxsuldur. Və biz Ukraynanı dirçəltmək üçün hər şeyi etməliyik”.
“Başlayan il çox çətin olacaq. Və biz heç bir halda səhv etməməliyik. Bıçağın kənarında və ya nazik buzun üstündə yeriyərək sürüşsək, yıxılacağıq”, – deyə Lukaşenko əlavə edib.