Vakansiyalar

Azmədənistehsal MMC işçi axtarır - VAKANSİYA

Təchizat üzrə mütəxəssis

 Son tarix 27 yan 2022 

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
İş yeri: Xırdalan qəsəbəsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Təchizatçı kimi minimum 1 il iş təcrübəsi. 
  • Kompyuter bilikləri: Word, Excel, Outlook, 1C 8.2
  • Sürücülük vəsiqəsi 

İş öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
  • Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
  • Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək; 
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
  • Satınalma sifarişlərinin 1C proqramında qeydiyatını aparmaq və izləmək.

İş qrafiki:

  • 5 günlük iş norması, İş saatı 09:00-17:00
  • Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına (“təchizat üzrə mütəxəssis” başlığı ilə) rahib.pashayev@azmedenistehsal.az göndərə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department