Sənaye

"Azərbaycan Sənaye Korporasiyası" Türkiyə vətəndaşına vəzifə verib

"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus "ASK Şüşə" MMC-nin direktoru Səməd Nəbiyev vəzifəsindən azad edilib.

ENA.az xəbər verir ki, şirkətə rəhbərlik Cüneyt Cebeciyə həvalə olunub.

Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34 677,5 min manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)