"Azərenerji" Cəbrayıldan Naxçıvana elektrik xətti çəkəcək
“Azərenerji” ASC “Cəbrayıl” elektrik yarımstansiyasının tikintisi, Naxçıvan-Türkiyə enerji sistemi ilə əlaqələndirilməsi və istismara verilməsi (1), “Bakı-3” elektrik yarımstansiyasının idarəetmə mərkəzinin tikintisi (2), “Şimal” elektrik yarımstansiyasında yeni soyutma estekadasının tikintisi və istismara verilməsi (3), “İmişli” elektrik yarımstansiyasının yenidən qurulması və istismara (4), “Ağcabədi” elektrik yarımstansiyalarının yenidən qurulması və istismara verilməsi (5) üçün 5 açıq tender elan edib.
ENA.az xəbər verir ki, hər bir tenderdə iştirak haqqı 2 000 manatdır.
İddiaçılar ilkin sənədləri fevralın 1-I, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 9-u, saat 15:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə fevralın 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.