Sirab ASC işçi axtarır - VAKANSİYA
Şopper marketinq mütəxəssisi
Son tarix 13 yan 2022
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan dili- əla;
- Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Keyfiyyət yönümlülük;
- Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
İş barədə:
- Bazar tələblərinin araşdırılması;
- Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;
- Satış nöqtələrində satış yönlü tədbirlərin, təqdimatların keçirilməsi;
- Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib edilmədiyinin ölçülməsi;
- Şatış sonrası proselərin izlənilməsi;
- Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;
- İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında data toplanması;
- Toplanan datalar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların verilməsi;
- Rəhbərliyə aylıq hesabatların təqdim olunması.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək pulu və benzin pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Şopper marketinq mütəxəssisi” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.