İlin ən etibarsız yolsuzluq avtomobilləri - TOP 10
Böyük Britaniyanın “What Car?” nəşri xarab olan, sahiblərinə narahatlıq yaradan, o cümlədən istismarı sərfəli olmayan ən pis yolsuzluq avtomobillərinin reytinqini tərtib edib. Bildirilir ki, reytinq 16 min nəfər arasında keçirilən sorğunun nəticələrinə əsaslanır. Mütəxəssislər problem yaşamamaq üçün bu avtomobilləri almamağı tövsiyə ediblər.
- Range Rover Sport
“Range Rover Sport” dizellərinin 39%-i mühərrik və elektronika, o cümlədən peyk naviqasiyasında nasazlıqlar səbəblərindən sıradan çıxıb. Xidməti də çətin ki, premium adlandırmaq olar: 40% hallarda təmir bir həftədən çox çəkib və avtomobillərin yalnız 87%-i pulsuz təmir edilib.
- Range Rover Evoque
“Range Rober” krossoveri iki dəfə ən pis krossoverlər reytinqinə düşüb. Avtomobillərin 30%-də elektronika ilə bağlı problemlər aşkarlanıb. Bundan əlavə, bu avtomobillərinin sahiblərinin 15%-i kuzov problemlərindən şikayətlənib.
- Range Rover Discovery Sport
“Range Rover Discovery Sport” sahiblərinin 38%-i ən kondisioner, akkumulyator və elektronika problemləri ilə üzləşib. 21% hallarda təmir işləri bir həftədən çox vaxt alıb.
- Peugeot 2008
2013-2019-cu illərdə istehsal olunan “Peugeot” krossoverləri də etibarlılığı ilə seçilmir. 63% hallarda avtomobillər xarab olub və onları idarə etmək mümkün olmayıb. 13% hallarda avtomobilin təmiri bir həftədən çox çəkib.
- Range Rover
“Land Rover” və Range Rober” krossoverlərinin demək olar ki, bütün modelləri reytinqin ön sıralarındadır. Yolsuzluq avtomobillərinin sahibləri ən çox mühərrikin sıradan çıxmasından şikayət edib.
- Jaguar E-Pace
“Jaguar E-Pace” avtomobili də etibarsız krossoverlər reytinqinə düşüb. Onun kuzov və peyk naviqasiyası ilə problemləri olub. “What Car?” nəşrinin vurğuladığı kimi, 50% hallarda təmir bir həftədən çox vaxt alıb.
- Ranvge Rover Evoque 2
İkinci nəsil “Evoque”, sələfi kimi, anti-reytinqə düşüb. Bildirilir ki, 40% hallarda avtomobil sıradan çıxıb. 59% hallarda təmir bir həftədən çox çəkib.
- Audi Q5
İlin ən etibarsız krossoverləri reytinqinə həmçinin 2008-2017-ci il istehsalı olan “Audi Q6” də daxil olub. Dizellə işləyən bu avtomobil sahibləri ən çox kondisioner və elektronika ilə əlaqəli problemlərlə qarşılaşıb.
- Land Rover Discovery
Dizel mühərrikli “Land Rover Discovery” avtomobilinin nasazlığı 38% təşkil edir. Demək olar ki, halların yarıdan çoxunda təmir bir həftədən çox çəkib. Ümumiyyətlə, “Land Rover Discovery” sahiblərinin əksəriyyəti söyləyir ki, Britaniya markasının avtomobilləri etibarlılığı ilə tanınmır.
- Nissan X-Trail
Ən etibarsız krossover tanınmış “Nissan X-Trail” avtomobilidir. Bildirilir ki, “Nissan X-Trail” sahibləri tez-tez peyk naviqasiyası, elektronika və əyləncə sistemi problemləri ilə üzləşiblər.