Azərbaycanda 15 bank ləğv olunur
2018-ci ildə Azərbaycanda ləğv prosesində olan bankların siyahısına daha 1 bank əlavə edilib.
"BI" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını 2016-cı ilin dekabr ayında ləğv etdiyi "Dəmir Bank" ASC-dir.
Bundan başqa, hazırda ölkədə 14 bankın ləğv olunması davam etdirilir. Həmin banklar lisenziyası 2011-ci ilin yanvar ayında ləğv edilmiş "Birlik Bank" ASC, 2012-ci ilin iyul ayında ləğv edilmiş "Royal Bank" ASC, 2015-ci ilin iyul ayında ləğv edilmiş "Euro Bank" və "Azərbaycan Kredit Bankı" ASC-lər, 2016-cı ilin yanvar ayında ləğv edilmiş "Bank of Azerbaijan", "Gəncə Bank", "Yunayted Kredit Bank", "Qafqaz İnkişaf Bankı" və "Atra Bank" ASC-lər, fevral ayında ləğv edilmiş "Texnika Bank" ASC, iyul ayında ləğv edilmiş "Deka Bank", "Kredo Bank" və "Zamin Bank" ASC-lər, sentyabr ayında ləğv edilmiş "Bank Standard" QSC-dir.