“Tesla” şirkəti barəsində təhqiqat başlayıb
ABŞ-ın Federal Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) “Tesla” şirkətinin istehsal etdiyi günəş panellərindəki nasazlıqla bağlı təhqiqata başlayıb.
“Reuters” xəbər verir ki, təhqiqat üçün günəş panellərinin alışma təhlükəsi barədə müştərilərin xəbərdar edilməməsi barədə şirkətin keçmiş əməkdaşı Stibven Hankes tərəfindən 2019-cu ildə verilmiş şikayət ərizəsi əsas təşkil edib.
Bununla yanaşı, “Tesla”nın elektrik birləşdiricilərdəki nasazlıq barədə də müştəriləri xəbərdar etməməsi üzündən 60 mindən artıq müştrəri, 500 dövlət və özəl qurum ziyana uğrayıb.
Həmçinin “Walmart” şirkətinin də 2019-cu ildə “Tesla”ya qarşı məhkəmə iddiasına görə iddiaçıya məxsus ticarət mərkəzlərinin damında quraşdırılmış günəş panelləri üzündən yeddi yanğın hadisəsi baş verib. O zaman bu mübahisə yoluna qoyulmuşdu.