Birja

Neft bahalaşmaqda davam edir: "OPEC+"un qərarından hələki hamı razıdır

Neft qiymətləri cümə günü OPEC+-ın əvvəllər razılaşdırılmış plana uyğun olaraq hasilatı artırmağa davam etmək, yəni yanvarda gündəlik 400 min barel artırmaq qərarından sonra bahalaşıb.

London birjasında cümə günü saat 9:15-ə olan ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri bir barel üçün 70,89 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışındakı qiymətdən 1,22 dollar (1,75%) bahadır. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda yanvar ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 67,75 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,25 dollar (1,88%) çoxdur. 

ING Groep NV-nin analitiki Uorren Patterson deyib:

“OPEC+ əvvəllər razılaşdırılmış plana uyğun olaraq hasilatı daha da artırmaq qərarına gəlməklə bazar iştirakçılarını təəccübləndirsə də, treyderlər alyansın lazım gələrsə, hasilatı yenidən azaltmağa və tənzimləməyə hazır olmasını da düşünürlər”.

"Bu qərar OPEC+-a yeni COVID-19 gərginliyinin neft bazarına potensial təsirini qiymətləndirmək üçün əlavə vaxt verəcək və eyni zamanda qrupu hasilatı artırmağa çağıran ABŞ da məmnun qalacaq", deyə ekpert “Bloomberg”-ə bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)