Bank

Hansı bankın balansında nə qədər kapitalı var? ABB-nin balans kapitalı üç ayda 68,6% kiçilib

Balans hesabatı müəyyən bir dövrə olan maliyyə vəziyyətini göstərir. Yəni burada əsas və dövriyyə vəsaitləri, kreditor və debitor borclar öz əksini tapir. Balans hesabatındakı mühüm rəqəmlərdən biri isə bankın balans kapitalıdır. Balans kapitalı = aktivlər-öhdəliklər (borclar)

ENA.az xəbər verir ki, 2021-ci ilin üçüncü rübünün sonuna balans kapitalı üzrə renkinqə baxsaq, ilk üçlük yenə də KapitalBank, Azərbaycan Beynəlxalq Bankı və Paşa Bankdır. Bu ilin iyul-sentyabr aylarında isə balans kapitalında müsbət dinamika göstərən banklar  36,8% ilə KapitalBank və 10,2% ilə Bank Melli İrandır. Balans kapitalında ən pis dinamika isə Azərbaycan Beynəlxalq Bankında qeydə alınıb. Belə ki, bankın balans kapitalı üç ayda 68,6% kiçilib.

Renkinq sıralaması isə belədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department