Sosial iqtisadiyyat

Metroda iş vaxtı uzadılacaq – RƏSMİ

Bayram günlərində "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "BI"yə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı Metropoliteninə giriş açıq olacaq", deyə Məmmədov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department