Sığorta

Azərbaycanda sığorta məhsulları mobil tətbiq vasitəsilə satılacaq

“Azərbaycanda sığorta növləri ilə bağlı xüsusi mobil tətbiq hazırlanacaq”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, mobil tətbiq iki hissədən ibarət olacaq: "1-ci hissə məlumatlandırma, 2-ci hissə isə əməliyyat hissəsi olacaq. Vətəndaş qanunla tələb olunan məlumatları daxil etməklə sığorta şəhadətnaməsi əldə edəcək yaxud onu yeniləyəcək. Bu mobil tətbiq həm də AMB-yə imkan verəcək ki, sığorta şikayətlərini və sığorta hadisələrini izləsin. Hətta həmin mobil tətbiqdə vətəndaş sığorta hadisəsi baş verməsini və məsələnin həlli prosesini izləyə biləcək. Hətta o, görə biləcək ki, müstəqil ekspertlər necə seçiləcək. Müstəqil ekspertlər də random üsulu ilə seçiləcək. Vətəndaş sığorta hadisəsi baş verən zaman mobil tətbiqdə müstəqil eksperti seçmək hüququndan istifadə edəcək. Eksperti sistemin random üsulu ilə seçməsi güvən yaradacaq. Təbii ki, bütün bunların hamısı elektronlaşdırma nəticəsində olacaq. Yeri gəlmişkən, müstəqil ekspertlər AMB-nin reyestrinə daxil ediləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)