ENA+

Ermənistan XİN: "Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq"

“Rəsmi İrəvan Ankara ilə münasibətləri tənzmiləməyə hazır olduğu barədə Moskvanı məlumatlandırıb”.

ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

"Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəkləməyə hazır olduqlarını açıqladı. Rusiyalı tərəfdaşlarımızla müzakirələr zamanı biz ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu bildirdik. Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərt olmadan nizamlamağa həmişə hazır olub. Amma hələlik Türkiyə ilə heç bir danışıqlar aparılmır”, - o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)