Bakı və İstanbul fond birjaları əməliyyat sistemlərini inteqrasiya edəcək

“Bakı Fond Birjası” QSC ilə (BFB) Türkiyənin “İstanbul Fond Birjası”nın (“Borsa İstanbul”) əməliyyat sistemləri inteqrasiya ediləcək.
ENA.az xəbər verir ki, bunu BFB-nin Biznesin inkişafı qrupunun rəhbəri Emil Babayev bildirib.
“Biz daim “Borsa İstanbul”la əlaqədəyik və son vaxtlar bu əlaqələri daha da genişləndirmişik. Orada listinqdə olan qiymətli kağızların BFB-də ticarətə buraxılmasına hazırıq, sadəcə müəyyən hüquqi və texniki işlər həyata keçirilməlidir. Bu məsələlər tezliklə həll olunacaq”, - deyə o qeyd edib.