Sənaye

ABŞ OPEC-ə təzyiqini davam etdirəcək

ABŞ dünya bazarında neft təklifinin tələbdən geri qalmaması üçün Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinə təzyiq göstərməyə davam edəcək.

Bu barədə Ağ Evin sözçüsü deyib.

Lakin C. Psaki ABŞ Prezidenti Co Baydenin yüksələn yanacaq qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatından istifadə edərək əmtəə müdaxiləsini çərşənbə axşamı elan edə biləcəyi ilə bağlı mediada yayılan xəbərləri təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

“Heç nədən asılı olmayaraq, təklifin tələbi qarşılamasını təmin etmək üçün OPEC-ə təzyiq göstərməyə davam etmək niyyətindəyik”, – Psaki bildirib.

Öncə ABŞ hökuməti neft ixrac edən ölkələri tədarükün artırılması ilə bağlı çağırışlarına məhəl qoymamaqda günahlandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)