Aqrar

Rusiya Azərbaycan pomidorunu geri qaytardı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu ilin noyabr ayının əvvəlindən Azərbaycan və İrandan "Viaduk" müvəqqəti saxlanc anbarına və Dərbənd dəmiryol stansiyasına daxil olan 3 3481,4 ton meyvə-tərəvəzə baxış keçirib.

ENA.az "Rosselxoznadzor"a istinadən xəbər verir ki, karantin fitosanitar nəzarəti zamanı təhlükəli obyektlərlə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.

Qadağan edilənlər arasında Azərbaycandan pomidor (50,3 ton), həmçinin İrandan gələn gül kələmi (32,7 ton) və kahı (13,2 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.

Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub. Mallar ixrac edən ölkələrə qaytarılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)