Ərdoğan özünü ən təcrübəli dünya lideri adlandırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala vilayətində gənclərlə görüşdə dünyanın ən təcrübəli lideri olduğunu söyləyib.
ENA.az xəbər verir ki, siyasətçinin çıxışı onun öz “Twitter” səhifəsində yayımlanıb.
“Mən dünyanı tanıyıram. İndiki liderlər arasında ən təcrübəli mənəm. Bunu öyünmək üçün yox, digər liderlər arasında yerimi müəyyən etmək üçün deyirəm. Çünki xalqımın kimin kim olduğunu bilməsi vacibdir”.
Xatırladaq ki, 2020-ci ilin oktyabrında “Anadolu” agentliyi Türkiyə prezidentinin fransalı həmkarı Emmanuel Makrona “psixiki sağlamlığını yoxlamağı” tövsiyə etdiyini yazıb.