ENA+

Ermənistanın müdafiə naziri dəyişdi

Suren Papikyan Ermənistanda yeni müdafiə naziri təyin olunub.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edib.
Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, vəzifədən azad edilən Arşak Karapetyan bu il avqustun 2-də müdafiə naziri postuna gətirilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)