Hesabatlar

Azərbaycanın defolt reytinqi açıqlandı: "Neftin yüksək qiyməti ilə dəstəklənir"

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib, proqnoz – “stabil”dir. Bu barədə agentliyin məlumatında deyilir.

“Reytinq Azərbaycanın çox güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi və suveren rifah fondunun iri aktivləri hesabına dəstəklənir”, - məlumatda qeyd olunur.

Agentlikdə qeyd edirlər ki, “Azərbaycanın iri xarici bufer ehtiyatları” COVİD-19 koronavirus pandemiyası zamanı qorunub və neftin yüksək qiyməti ilə dəstəklənir. Belə ki, 2021-ci ilin üçüncü rübün sonuna xarici valyutada suveren aktivlər 2020-ci ilin sonuna 49,9 milyard dollardan 51,2 milyard dollara qədər artıb.

Fitch-in proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari hesabı ötən il 0,5% səviyyəsində kəsir ilə müqayisədə ÜDM-in 7,9% səviyyəsində profisitə qayıdacaq, daha sonra isə 2022-2023-cü illərdə 5,3% orta rəqəmədək azalacaq. Bu, əsasən cari il bir barel neftin orta qiymətinin 63 dollar ilə müqayisədə 2022-ci ildə proqnozlaşdırılan 55 dollar və 2023-cü ildə 53 dollar məbləğində və daha aşağı olması hesabına baş verəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)