Bakı Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub
![](https://ena.az/uploads/news/2021-11/_ena_4af50a67c55a4514a97f0a1f0_o.jpg)
Bakı Nəqliyyat Agentliyinə məxus "Albalılıq avtoparkı" MMC-nin direktoru Əvəzağa Ələsgərov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, şirkətə rəhbərlik Ceyhun Fətullayevə həvalə olunub.
Xatırladaq ki, "Albalılıq avtoparkı" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 17,2 min manatdır.