Sosial iqtisadiyyat

Azərbaycan dövlət investisiyalarını özəl investisiyalarla əvəz edəcək

Milli Xərc Prioritetlərinə daxil olan, xüsusi ilə də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması sahəsində görüləcək işlər növbəti ildə də dəstəklənəcək.

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə deyilir ki, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabilliyətinin gücləndirilməsi, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması üçün daha təsiredici addımların atılması, dövlət əmlakəının özəlləşdirilməsinin və üsullarınnı tətbiq edilməsi yolu ilə fəaliyyətlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər 2022-ci ilin büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Bununla dövlət büdcəsindən dövlət investisiya qoyuluşu üçün ayrılan vəsaitin azalması qarşılanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)