Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək
![](https://ena.az/uploads/news/2021-11/_ena_131df23f23e977496854f7aeb_o.jpg)
“Korrupsiya cinayətləri, vəzifə səlahiyyətlərdən sui-istifadə, dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət vermə və digər cinayətlər bu amnistiyanın əhatə dairəsinə daxil deyil”.
Bunu deputat Kamal Cəfərov parlamentin iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu amnistiya vətənimizin ərazi bütövlüyü ilə bağlı hər hansısa formada zərər görən bütün şəxslərə şamil edilir: “Ona görə də həm əhatə dairəsinə görə, həm mahiyyətinə görə qarşıdan gələn Zəfər Gününə layiq bir aktdır və cənab Prezidentin xalqa hədiyyəsidir”.