DSMF birdəfəlik sosial ödəniş alacaq vətəndaşlara müraciət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu birdəfəlik sosial ödəniş alacaq vətəndaşlara müraciət edib.
Fonddan verilən məlumata görə, noyabrın 1-dən etibarən respublika üzrə birdəfəlik sosial ödənişlər, dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət, və radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara "Azərpoçt" vasitəsilə çatdırılır.
Vətəndaşlar həmin vəsaiti "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.