Azərbaycanda sahibkarlara daha bir güzəşt edilir
Azərbaycanda vergi ödəyicilərinin pərakəndə ticarət və (və yaxud) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə-faktura təqdim etmək vəzifəsi ləğv edilir.
ENA.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.