TURİZM

Palçıq vulkanları ərazisində 7 milyon manata turizm infrastrukturu yaradılır

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Bakı Abadlıq Xidməti MMC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə Abşeron rayonunda yerləşən palçıq vulkanları ərazisində turizm infrastrukturunun yaradılması işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 6 628 099 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department