Avronun gələcəyi yenidən təhlükə altındadır
Avropa Komissiyasının sədri Jan-Klod Yunker avronun gələcəyinin yenidən təhlükə altında olacağı ilə bağlı narahatlığını ifadə edib. Borclu ölkələrin, xüsusən Yunanıstanın xilas edilməsi kimi dramatik maliyyə əməliyyatlarından sonra İtaliyada baş verənlər də təşvişə səbəb olub.
"BI" xəbər verir ki, hazırda İtaliyanın dövlət borcu ÜDM-nin həcmindən 130 faiz yuxarıdır. Bu göstəriciyə görə İtaliya Yunanıstandan sonra ikinci yerdədir.
Görünür ki, italyan siyasətçilər bu məsələni Avropa İttifaqı ilə yoluna qoya biliblər: bu ölkənin hökuməti 2019-cu ildə büdcə kəsirinin ÜDM-nin həcmindən 2,04 faizdən yuxarı olmamasına çalışacaq.