Sosial iqtisadiyyat

Bu gündən Bakıdan regionlara sərnişindaşımada II doza peyvənd tələb olunur

Bu gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.

Məsələ ilə bağlı “Report”a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni tələb ölkənin avtovağzal və avtostansiyalarında əməl olunur: “Bir qədər sonra yeni qaydalarla nə qədər sərnişinə bilet satılması, nə qədər sərnişinə bilet satışından imtina edilməsi barədə ilkin rəqəmlər məlum olacaq”.

“Azərbaycan Dəmir Yolları” QSC hələ ki, regionlara sərnişindaşımanı bərpa etməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)