"Huawei"in gəlirləri 100 milyard dollara çatdı
İlkin qiymətləndiməyə görə “Huawei Technologies” şirkəti cari ildə 109 milyard dollar qazanıb ki, bu da ötən il ilə müqayisədə 21% çoxdur.
"BI" xəbər verir ki, bunu Direktorlar Şurasının sədri Qo Pin (Guo Ping) deyib.
Qeyd edək ki, dünyada telekommunikasiya avadanlığının ən böyük istehsalçısı olan “Huawei” şirkəti 5G şəbəkəsi üçün avadanlığın təchizatına dair 26 müqavilə imzalamaqla bu sahədə ən iri təchizatçı şirkət olub.