Sosial iqtisadiyyat

9 ay ərzində Azərbaycan əhalisinin nominal pul gəlirləri 2% artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 42 milyard 251,7 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə ENA.az agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 5,2% təşkil edib.

Statistik məlumatlara görə, yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 1,5% - 4 min 219,3 manata qədər artıb.

Yanvar-sentyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 37 milyard 906 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 0,8% çoxdur.

2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)